Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 84 mənşə sertifikatı verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.

Hesabat dövründə verilən mənşə sertifikatların 54,8 faizini CT-1 formalı mənşə sertifikatı, 45,2 faizini isə “Ümumi” formalı mənşə sertifikatı təşkil edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM