Culfada 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTOLAR

Culfada  31 Mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Culfada  31 Mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Culfada  31 Mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Culfada  31 Mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Culfada  31 Mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Culfada  31 Mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Culfada  31 Mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Culfada  31 Mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Culfada  31 Mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Culfada  31 Mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatı rayonun Yaycı kəndində  31 mart Azərbaycanlıların soyqırımı və Yaycı soyqırımı ilə bağlı tədbir keçirib.

İştirakçılar əvvəlcə Yaycı soyqırımı qurbanlarının  xatirəsinə ucaldılmış abidənin ətrafında iməcilik keçirib, ağaclar əkib, abidə önünə gül dəstələri qoyublar.

Kənd mərkəzinin iclas zalında davam etdirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

YAP Culfa Rayon Təşkilatının sədri  Qadir İbrahimov,  Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov və digərləri çıxış edərək    “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin zaman-zaman törətdikləri etnik təmizləmədən, soydaşlarımızın öz doğma tarixi  torpaqlarından zorla çıxarılmasından bəhs ediblər.Həmçinin ermənilərin Yaycı kəndində törətdikləri soyqırımı barədə də ətraflı danışılıb.  Bildirilib ki, 1918-ci ildə Yaycı kəndi Andronikin quldur dəstələrinin qəfil hücumuna məruz qalmışdır. Naxçıvanı qısa bir vaxtda işğal etmək qəsdinə düşən Andronik gözlənilmədən Yaycıya hücum çəkmiş, evlərə od vurub yandırmış, əhalini qılıncdan keçirmişdir. Araz çayı istiqamətinə axın edib İrana keçmək istəyənlərin də çoxu canlarını ermənilərdən qurtara bilməmişlər. Ümumilikdə, əldə edilən məlumatlara görə, təxminən 2500 Yaycı sakini amansızlıqla qətlə yetirilmişdir.

Vurğulanıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz şanlı Qələbə qazanmaqla ərazi bütövlüyümüzü bərpa etdi, eyni zamanda bu gün artıq soyqırımı qurbanlarının və bütün şəhidlərimizin ruhu şaddır.

Sonra Yaycı kənd tam orta məktəblərinin şagirdləri soyqırımla bağlı vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbirdən sonra Yaycı kəndindən Vətən müharibəsi zamanı şəhid olmuş olan el oğullarının məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla yad edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM