Şərurda yeni yaşayış kompleksi inşa olunur - VİDEO

Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında əhalinin mənzil alışına əlçatanlığı əsas məqsəd kimi götürülüb. Şərur rayonunda yeni yaşayış komplekslərinin salınması da bu məqsədə xidmət edir.

NUHÇIXAN xəbər verir ki, rayonun Heydər Əliyev prospektində sökülən ikimərtəbəli yararsız binaların yerində yeni yaşayış kompleksinin inşası davam etdirilir.

Ümumilikdə 2 hektardan artıq ərazini əhatə edəcək kompleksin ərazisində 6 mərtəbəli 7 yaşayış binası və 120 yerlik uşaq bağçası inşa olunacaq. Hazırda ərazidə 2 binanın inşaat işləri yekunlaşıb, daxildə təmir işləri gedir. Yaxın zamanlarda ərazidə yerləşən digər yararsız binalar da sökülüb yenisi ilə əvəz olunacaq.

Qeyd edək ki, binalar qaz, lift və digər kommunal xətlərlə təmin olunacaq, ərazidə geniş abadlıq işləri görüləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM