NUHÇIXAN xəbər verir ki, Babək rayonunda şəhid baş leytenant Allahyar Telmanlıya həsr olunmuş “Döyüş yolu” kitabının təqdimatı keçirilib.
Əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Ali Məclisin deputatı Aidə Cəlilova və digər çıxış edənlər şanlı zəfərlərlə dolu 44 günlük Vətən Müharibəsindən, şəhidimizin döyüş yolundan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordu-xalq birliyini özündə təcəssüm etdirən zəfər tarixindən danışıblar. Vurğulanıb ki, qərhəman şəhidimiz Allahyar Telmanlı da digər igid oğullarımız kimi vətənimizin bütövlüyü və azadlığı uğrunda son damla qanına kimi vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Kitabın müəllifi Tərifə Kərimova çıxışında kitabı hansı hislərlə yazdığından danışıb və kitabı şəhidimizin anasına təqdim edib.
Tədbirin bədii hissəsində videoçarxlara baxış olub, vətənpərvər ruhda şeirlər və mahnılar səsləndirilib.