Ana südü ilə qidalanan uşaqların sayı get-gedə azalır. Mən hesab edirəm ki, bu çox təhlükəli tendensiyadır.
NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında Əhliman Əmiraslanov deyib. O bildirib ki, süni qidaların reklamı məsələsinə baxılmalıdır:
“Bir sıra ölkələrdə süni qidaların reklamı qadağandır. Düzdür, dünyanın bir çox ölkələrində həmin qidaların hazırlanması ilə məşğul olan şirkətlər var. Amma həmin qidalar nə qədər zəngin tərkibə malik olsalar da, ana südünü əvəzləyə bilməz. Buna görə süni qidaların reklamına qarşı mübarizə aparmaq lazımdır”.