"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) gəmi və şəxsi heyətinin cəlb olunduğu "Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, HDQ və FHN nümayəndələrinin iştirak etdiyi tədbirdə Xəzər dənizinin ərazi sularında keçirilmiş "Dalğa - 2024" birgə təliminin yekun nəticələrinin təhlili zamanı HDQ və FHN-in gəmi və şəxsi heyəti qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiyi qeyd olunub. Şəxsi heyətin yüksək peşəkarlıq və əzm nümayiş etdirdiyi xüsusi vurğulanıb. Sonda təlimdə fərqlənənlər mükafatlandırılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM