"Mançester Yunayted" Ten Haqla bağlı qərarını verib

"Mançester Yunayted" Ten Haqla bağlı qərarını verib

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Erik ten Haqla bağlı qərarını verib.

NUHÇIXAN-ın "The Athletic"ə istinadən məlumatına görə, rəhbərlik 53 yaşlı mütəxəssisi növbəti mövsümdə də komandada saxlamaq niyyətindədir.

Xarici KİV-də yer alan məlumata görə, “Mançester Yunayted”in yeni sahibləri onun postundan ayrılmasını və əvəzlənməsini əlavə xərc hesab etdikləri üçün müqaviləyə xitam verməməyi düşünürlər.

Qeyd edək ki, o, 2022-ci ilin yayından “Mançester Yunayted”ə rəhbərlik edir. Ten Haqın rəhbərliyi altında komanda bu mövsüm meydana çıxdığı 34 oyunda 54 xal toplayaraq Premyer Liqada turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM