Rəssamlar İttifaqının üzvü Mahir Xəlilov vəfat edib

Rəssamlar İttifaqının üzvü Mahir Xəlilov vəfat edib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstutunun “İncəsənət kafedrası”nın baş müəllimi, NDU-nun “Təsviri incəsənət” kafedrasının dosenti, rəssam Xəlilov Mahir Xanlar oğlu uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, Mahir Xəlilov 14 mart 1960-cı ildə Qərbi Azərbaycanın Göycə mahalının Basarkeçər rayonunun Kərkibaş kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Bədii qrafika” fakültəsinə daxil olub, 1987-ci ildə həmin fakültəni bitirib, həmin il Təhsil Nazirliyinin təyinatı ilə Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna müəllim göndərilib. 2006-cı ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi.

Allah rəhmət etsin!

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM